Sumqayıtda müasir tibbi laboratoriyalar yaradılır
31.03.2022 12:18
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirib.
 
İclasda çıxış edən Səkinə Sadıxova İcbari tibbi Sığortanın tətbiqindən sonra əldə edilən uğurlardan söz açıb. O, tibb müəssisələrində bir sıra yeniliklərin olacağını bildirib, Uşaq Xəstəxanasında, eləcə də 1 saylı şəhər Xəstəxanasında müasir tələblərə cavab verən laboratoriyaların yaradılması istiqamətində aparılan işlərdən danışıb.
 
Eyni zamanda, tibb müəssisələrində olan çatışmazlıqların operativ şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
 
İclasda bir sıra bölmə rəhbərləri hesabat xarakterli çıxışlar ediblər.
 
Sonda S.Sadıxova, həmçinin toplantıda iştirak edən tibb müəssisələrinin rəhbərlərinin suallarını cavablandırıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub