"Həkimlərimizi tanıyaq" - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının ultrasəs həkimi Arzu Musayeva
30.03.2022 17:17

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə saytımızın oxucularına "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin ultrasəs həkimi Arzu Musayeva haqqında məlumatları təqdim edirik.

 

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Radiologiya şöbəsinin ultrasəs həkimi Arzu Ələsvər qızı Musayeva 10 may 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

 

O, 2014-cü ildə Mingəçevir “Ana və Uşaq” Müalicə Sağlamlıq Mərkəzində USM həkimi kimi fəaliyyətə başlayıb. 2015-ci ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ultrasəs həkimi kimi fəaliyyətini davam etdirir.

 

Peşəkar həkim A.Musayeva mütəmadi olaraq respublika səviyyəli seminar və təlimlərdə iştirak edir. Həmiçinin 2003-cü ildə Türkiyə Cümhuriyyətinin İzmir şəhərindəki EGE Universitetində, 22 may 2021- ci ildə Antalya Bilim Universitetində “Qadın Genital Sistem Radyolojisi”, 3 iyun 2021-ci ildə Antalya Medikal Park Xəstəxanasında “Məmə Ultrasonoqrafi” adlı seminarların fəal iştirakçısı olub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub