Trans yağların istehlakına görə ən çox ölüm hallarının baş verdiyi ÖLKƏLƏR  
10.09.2020 14:17

Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Respublikası, Latviya, Meksika, Misir, Nepal, Pakistan, Sloveniyanın payına düşür.

 

Aztibb.az BMT-nin xəbərlər mərkəzinə istinadən xəbər verir ki, bunlardan yalnız ABŞ, Kanada, Latviya, Sloveniya Ümumdünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə uyğun olaraq bütün ərzaq məhsullarında trans yağların istifadəsini qadağan edib, ya da məhdudlaşdırıblar.

 

Ötən gün ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı bildirib: “Bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda biz insan sağlamlığını qorumaq üçün daha çox səy göstərməliyik. O cümlədən koronavirus infeksiyası təhlükəsini artıran, erkən ölümlərə səbəb olan qeyri-yoluxucu xəstəliklərin qarşısını almaq üçün addımlar artırılmalıdır. 2023-ci ilədək trans yağları aradan qaldırmaq hədəfimiz də təxirə salına bilməz”.

 

Qeyd edək ki, çips, fri (qızardılmış) kartof, yağda qovrulmuş toyuq və ya balıq çubuqları, həmçinin mayonez, marqarin, kərə yağı, kruasanlar kimi bir sıra məhsullarda böyük miqdarda mövcud olan trans yağların həddindən çox istehlakı ürək-damar xəstəliklərinə səbəb olur. ÜST iki il bundan əvvəl trans yağların qadağan olunması, yaxud məhdudlaşdırılması təşəbbüsü irəli sürüb. Bu təşəbbüsə 3,2 milyard əhalisi olan 58 ölkə əməl etməyə başlayıb, 100 ölkədə isə trans yağlara dair hər hansı məhdudiyyət yoxdur. Halbuki ÜST-ə görə sənaye trans yağların istehlakı nəticəsində yaranan işemik ürək xəstəliyi ildə 500 min insanın erkən ölümünə gətirib çıxarır.

 

Trans yağlar başqa yağ növlərinə nisbətən daha ucuz və uzun saxlama müddətinə malik olduğundan istehsalçılar onlardan geniş istifadə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır