Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF  
10.09.2020 12:53

“Pandemiya ilə bağlı rayonlarda internetlə əlaqədar problemə görə uşaqlar onlayn təhsildən kənarda qalıb”.

 

Aztibb.az xəbər verir ki, bunu bu gün  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Məşhur Məmmədov bildirib.

 

M. Məmmədov deyib ki, problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsə də, ümumi cavablar verilir:

“Belə olmaz. Əgər təhsil İnternet üzərindədirsə, İnternet yoxdursa, uşaqların gələcəyi necə olacaq?”

 

Millət vəkili Masallıda həkim çatışmazlığı olduğunu nəzərə çatdırıb:
 

“Rayonlarda həkim kimi işləyəcək tələbələrin təhsil haqqından azad edilməsi yaxşı olar. Əgər Masallıda 65 yaşdan yuxarı həkimlər xəstəxanadan çıxarılsa, həkimlərin 60 faizi azalacaq. Azərbaycanda tibb təhsili alan kadrlar Avropada özlərinə iş tapa bilirlər. Biz rayonlarda həkim problemini həll etməsək, rayonlardan Bakıya əhalinin köçü artacaq”.

 

M. Məmmədov qeyd edib ki, rabitə, qaz və elektrik xətlərinin çəkilməsi ilə bağlı taariflər kifayət qədər yüksəkdir:

 

“Biz bir qrup millət vəkili ilə bu məsələni bir neçə dəfə müzakirə etmişik. Bu taariflərin azaldılmasına ehtiyac var”.

 

Komitə sədri Tahir Mirkişili isə bildirib ki, rüsumları parlament yox, Nazirlər Kabineti, Tarif Şurası müəyyən edir:

“2021-ci ildən tibbi sığortanın tətbiqinə başlanır. Amma Tibb Universitetində oxuyan tələbələrin hamısının təhsil haqqının dövlət tərəfindən verilməsi maraqlı təklifdir”.

 

Millət vəkili Rüfət Quliyev isə sovet dövründə olduğu kimi bəzi ixtisaslarla bağlı məcburi təyinat sisteminin yenidən tətbiq olunmasını təklif edib:


“Bəzən müraciət edirlər ki, oğlum adi təhsillidir, niyə iş tapa bilmir? Baxıram ki, beynəlxalq hüquq, gömrük və digər ixtisasları bitiriblər. Amma bu gün bizə aqronomlar, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər lazımdır. Bu gün aqronom gəzirsən, 70 yaşlı azərbaycanlı gəlir.  Qardaş Türkiyədən aqronom gəlir, məsləhət verir, 2500-3000 min manat haqqın əks olunduğu çek yazır. Bizə mütəxəssislər lazımdır”.

 

R. Quliyev tariflərin baha olması ilə bağlı məsələnin müzakirəsi üçün dövlət qurumlarının rəhbər şəxslərinin Milli Məclisə dəvət edilməsini təklif edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır