Şəhid anası Yevlax Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunub
18.03.2022 08:48
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək göstərmək məqsədilə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə daha bir şəhid ailəsi üzvü işlə təmin olunub.
 
Aztibb.az-ın məlumatına görə, Yevlaxdan olan şəhidimiz Yusifbəyli Yusif Sabir oğlunun anası Abbasova Mehriban Qinyaz qızı xəstəxanada işlə təmin olunub. Şəhid anası onlara göstərilən xüsusi diqqət və qayğıya görə xəstəxananın direktoru Fazil İsmayılova öz minnətdarlığını bildirib.
 
Fazil İsmayılov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə, döyüşlərdə şücaət göstərən qazilərə diqqət və qayğı göstərmək bütün cəmiyyətimizin borcudur.
 
Qeyd edək ki, Vətən müharibəsindən sonra Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən 5 nəfər şəhid ailəsi üzvü, 2 qazi və qazi ailəsi müxtəlif vəzifələr üzrə işlə təmin olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır