Könüllülərdən ibarət mobil işçi qrupları reydlər keçirir
10.09.2020 10:39

Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədilə rayonda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən keçirilən reydlər mütəmadi olaraq davam etdirilir.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, o cümlədən topdan satış mağazalarında, yeməkxanalarda, ərzaq mağazalarında, ticarət obyektlərində və geyim mağazalarında gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla fərdi söhbətlər aparılır. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş qaydalara və tələblərə daha ciddi əməl edilmənin vacibliyi izah olunur.

 

Gənclər tərəfindən aparılan söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarından mütləq şəkildə istifadənin, eləcə də fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanıb.

 

Reydlər zamanı sakinlərdən özlərinin və ətraflarının sağlamlığı üçün qaydalara əməl etmələri bir daha xahiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır