İsrail Azərbaycana bir tondan çox tibbi ləvazimat göndərib
11.03.2022 10:22

“Dünən biz 1 tondan çox tibbi ləvazimatı Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif xəstəxanalarına bağışladıq”.

 

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də bildirib.

 

“Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik", - diplomat qeyd edib.

 

Səfir bildirib ki, İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir: “Xatırlayırıq ki, həyat tərzimizi yaxşılaşdırdıqca ilk olaraq, həyatın qayğısına qalmalıyıq. İsrail ictimai səhiyyədə - pandemiyalarla mübarizədə və real insanların rifahının yaxşılaşdırılmasında dünya lideridir. Biz dostlarımızla birlikdə işləməyə hər zaman hazırıq. Çünki hamımızın anaları, ataları, övladları var və onlar ən yaxşısına layiqdirlər”.

 

O, Azərbaycan xalqının onlar üçün önəmli olduğunu vurğulayıb: “Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz İsraildən 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu, sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki bir sıra xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib