Onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək - Yeni qərara dair izah
09.09.2020 20:04

329 nömrəli qərarla “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.

 

Nazirlər Kabinetindən Aztibb.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın 9-cü hissəsində “vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti” sözləri “dövlət büdcəsinin vəsaitləri” sözləri ilə əvəz etdilir.

 

Səbəb ərazi səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsidir. Odur ki, ərazi səhiyyə müəssisələri İcbari Tibbi Sığorta prinsipləri üzrə işləyən TƏBİB-in tabeliyinə keçdiyi üçün onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək.

 

Qərara əsasən, “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti Tibbi sığorta haqqında qanunun bütün Azərbaycan ərazisinə şamil edilməsidir. Dəyişikliyə əsasən, “bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu Qərar hazırlanarkən İcbari tibbi sığorta yalnız pilot layihə qismində Azərbaycan Respublikasının bir neçə rayonunda tətbiq edilirdi. İndi butun respublikası ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.

 

Qərar habelə “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişikliyi nəzərdə tutur. Dəyişikliyə əsasən “bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasınını səbəi odur ki, bu Qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində ölkənin bir neçə rayonunda tətbiq edilirdi. İndi butun ölkə ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.

 

“Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.

 

“Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 264 nömrəli Qərarı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman 1.1.9-cuarımbəndi ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub