Kardioloji ölümlərin böyük əksəriyyəti ürəyin işemik xəstəliyinin payına düşür - KARDİOLOQ
04.03.2022 11:27
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin kardioloq-həkimi Bənövşə Əhmədova son dövrlər kardioloji xəstələrin sayının həddən artıq çox olduğunu narahatlıqla qeyd edib və hər kəsə orqanizmində baş verən dəyişikliyə qarşı daha da diqqətli olmağı məsləhət görüb.
 
Həkim bildirib ki, ürək-damar xəstəlikləri bütün dünyada müxtəlif xəstəliklər arasında əsas yer tutur və çox böyük sürətlə cavanlaşır, insan ölümlərinin əsas səbəbi sayılır. Kardioloji ölümlərin böyük əksəriyyəti ürəyin işemik xəstəliyinin (ÜİX) payına düşür. ÜİX zamanı ürəyi qidalandıran tac damarların daralması və tıxanmaları meydana çıxır. Nəticədə daralan hissədən qan yaxşı keçə bilmədiyi üçün ürək yaxşı qidalana bilmir və qan çatışmazlığı yaranır. Bəzi xəstələrin daralan ürək damarları birdən birə tutulur ki, bu vaxt ürəyin həmin hissəsinə ümumiyyətlə qan getmir və ürək tutması baş verir.
 
O, həmçinin ÜİX-nin əsas əlamətlərindən bəhs edib. Bildirib ki, bu əlamətlərə sinədə, kürəkdə göynəmə hissi, sol qola və çənəaltı nahiyyəyə verən ağrılar daxildir. Bəzən bu əlamətlər mədə nahiyyəsində ağrılar kimi özünü göstərə bilər. Bu əlamətlər xəstəliyin gedişindən asılı olaraq gərginlik zamanı, bəzilərində isə sakitlik halında yarana bilər. Ağrılar 20 dəqiqədən çox çəkərsə insultdan şübhələnmək olar.
 
"Xəstəliklərə ilkin müdaxilə zamanı onun qaşısı tezliklə alınır, xəstə qısa müddətdə sağlamlığına qovuşur. Ona görə pasientlərə orqanizmlərində baş vermiş hər hansı ciddi narahatlıq zamanı mütləq həkimə müraciət etmələrini tövsiyə edirəm", - deyə həkim qeyd edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub