Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanıldı
09.09.2020 15:16

Bu gündən Moskva sakinlərinin koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.

 

Bu barədə Aztibb.az ria.ru saytına istinadən xəbər verir.

 

Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib ki, bu gün təkcə paytaxt Moskva üçün deyil, bütün ölkə üçün önəmli gündür. Moskvanın birinci sakinlərinin COVID-19 əleyhinə peyvəndləşməsinə start verilib: "Bu, bizə peyvəndin hər kəs üçün əlçatan olacağı anı yaxınlaşdırmağa imkan verir", - deyə Rakova vurğulayıb.

 

Onun sözlərinə görə, ilkin olaraq peyvənd olunmaq üçün 40 min paytaxt sakini dəvət olunub. Onlara əvvəl peyvəndin birinci komponenti, 21 gün sonra isə ikinci komponenti vurulacaq.

 

Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə peyvənd pulsuzdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır