Xocalı soyqırımı - tariximizin unudulmaz səhifəsi
26.02.2022 12:40

“Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə 1992-ci idə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silah qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücüm etməsindən və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmasından danışılıb.

 

Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış səhifələrdən biridir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verilib. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir.


Tədbirin gedişində erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı əməllərini və yaddaşdardan silinməyəcək erməni vəhşiliyini əks etdirən video-materiallar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır