Naxçıvan şəhərində növbəti dezinfeksiya tədbirləri həyata keçirilib
09.09.2020 12:30

Naxçıvan şəhərində virus infeksiyalarına qarşı növbəti dezinfeksiya tədbirləri görülüb.

 

Aztibb.az xəbər ki, Naxçıvan şəhərinin əsas küçə və yolları, Heydər Əliyev və Atatürk prospektlərində dezinfeksiya tədbirləri aparılıb. Həmçinin Əliabad qəsəbəsinin əsas yolları, Çənlibel, Xətai, Atabəylər, Əlincə və Babək məhəllələrinin, Əziz Əliyev, Azərbaycan, Pişəvəri, İstiqlal, Nizami, İdris Məmmədov, Cəlil Məmmədquluzadə, İslam Səfərli və Əliqulu Qəmküsar küçələrinin əsas yolları döngələri və səkilər, ali, orta ixtisas, ümumtəhsil müəssisələri və iaşə obyektləri daxil olmaqla, ümumilikdə, 2 milyon 100 min kvadratmetr sahə dezinfeksiya olunub.

 

Dezinfeksiya tədbirlərinə nazirliyin 5 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 39 nəfər şəxsi heyət cəlb olunub.

 

Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla 33 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi formalin məhlulu ilə dezinfeksiya edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır