Yevlax Rayon Mərkəzi Xəstəxanasında təlim təşkil olunub
25.02.2022 13:35

"Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə tibb bacılarının/qardaşlarının bilik və bacarığının artırılması məqsədilə təlimlər davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, xəstəxanada növbəti təlim baş tibb bacılarına/qardaşlarına işlərinin təkmilləşdirilməsi sahəsində görülməli olan tədbirlər barədə məlumat və tövsiyələr vermək, eləcə də onları məlumatlandırmaq məqsədilə təşkil olunub.

 

Təlim xəstəxananın anestezioloq-reanimatoloq həkimi Tural Rzazadə tərəfindən aparılıb. O, bu cür təlimlərin keçirilməsinin tibb işçilərinin peşəkar hazırlıq səviyyəsinin artmasında, keyfiyyətli tibbi xidmətlərin göstərilməsində əhəmiyyətli rol oynadığını bildirib.

 

T.Rzazadə tibb bacılarının/qardaşlarının peşəkarlığını artırmaq məqsədilə mərhələli şəkildə təlimlərin həyata keçiriləcəyini vurğulayıb.

 

Daha sonra Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov çıxış edərək bildirib ki, əsas məqsədimiz tibb müəssisələrində çalışan tibb işçilərinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə, təlim zamanı əldə etdikləri bilik və təcrübənin gələcəkdə səmərəli tətbiqinə nail olmaqdır. Nəticə etibarı ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını, tibb müəssisələrinə müraciət edənlərin icbari tibbi sığorta sisteminə etimadını və xidmətlərdən məmnunluq səviyyəsinin yüksəldilməsini təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır