Restoranlara dezinfeksiya tunelleri quraşdırılır - Video
09.09.2020 10:42

Avqustun 18-dən ictimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə verilmişdi. Bu gündən isə kafe və restoranlar qapalı şəraitdə də müştərilərə xidmət göstərəcək.

 

Təbii ki, müəyyən qaydalara riayət etmək şərti ilə.

 

Nazirlər Kabinetinin qərarı ilə müvafiq karantin rejiminə riayət edilməklə ictimai iaşə obyektləri səhər saatlarından gecə 00:00-dək fəaliyyət göstərəcək.

 

“Chef Baku” restoranının administaratoru Kahraman Mehmet bütün gigiyenik qaydalara əməl etdiklərini deyir: “Bu gündən qapalı restoranların fəaliyyəti başladı. Biz çox sevinirik. Gigiyena qaydalarına işçi heyətimiz tam riayət edir. Müştərilərimizdən də bu qaydalara əməl etməklərini xahiş edirik”.

 

Kafe və restoranların qapalı məkanlardan əsas fərqi ondan ibarətdir ki, burada insanlar istər-istəməz maskanı çıxarmalı olurlar. Bu isə yoluxma riskini artırır. Bəs bu təhlükədən necə yayınmaq olar?

 

Paytaxtda fəaliyyət göstərən “Chef Baku” restoranı vəziyyətdən orijinal çıxış yolu tapıb - restoranın girişində həm müştərilər, həm də personal üçün xüsusi dezinfeksiyaedici tunel quraşdırılıb. Restoranda pandemiya şəraiti nəzərə alınmaqla masalar arasında 2 metr məsafə saxlanılıb, məlumatlandırıcı posterlər yapışdırılıb.

 

“Pacific Group”un mütəxəssisi Günel Fərəcova deyir ki, dezinfeksiya tuneli insan həyatı üçün heç bir təhlükə törətmir: “Bu gündən etibarən kafe və restoranların fəaliyyəti əvvəlki qaydada bərpa olunur. Hazırda biz paytaxtın mərkəzi küçələrindən birində yerləşən “Chef Baku” restoranındayıq. Burada restorana daxil olan müştərilərin və xidmət personalının sağlamlığının qorunması məqsədilə restoranın girişində “Pacific” şirkətlər qrupunun istehsal etdiyi “PG-DEZOX” dezinfeksiyaedici tuneli quraşdırılıb. Dezinfeksiya tuneli insan həyatı üçün heç bir təhlükə törətmir, tərkibində kimyəvi qatqı yoxdur, mikrob və virusları məhv edir, insanların dezinfeksiyası üçün nəzərdə tutulub”.

 

Restoranların koronavirusun yayılması üçün potensial təhlükə mənbəyi olduğunu nəzərə alsaq, bura istirahət üçün üz tutanların qorunması vacib amil hesab olunur. Dövlət qurumları da əsasən restoranlarda sanitar-gigiyenik qaydalara əməl edilməsini tələb edirlər. Amma qapalı məkanlarda oturarkən əlcək, maska və digər qoruyucu vasitələrdən istifadə etmək təbii ki, heç kim üçün xoş deyil. Məhz bu amilləri nəzərə alaraq restoranların girişində belə dezinfeksiya tunellərinin quraşdırılması ən rahat çıxış yoludur. İnsan sağlamlığı üçün heç bir təhlükəsi olmayan dezinfeksiya tunelləri istifadədən sonra paltar üzərində də heç bir iz buraxmır.  

 

Bir çox üstünlüklərə sahib olan bu aparatdan yalnız pandemiya dövründə deyil, gələcəkdə yarana biləcək başqa yoluxucu xəstəliklərin qarşısının alınmasında, digər virus və bakteriyaların məhv olunmasında da istifadə oluna bilər.

 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib