Naxçıvan Diaqnostika Müalicə Mərkəzində mürəkkəb cərrahi əməliyyat aparılıb  
16.02.2022 21:10

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində mürəkkəb cərrahi əməliyyat aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bir neçə gün əvvəl belindən sol aşağı ətrafa yayılan şiddətli ağrı və keylik şikayətləri ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müraciət edən xəstədə L5-S1 fəqərəarası diskin yırtığı aşkar edilib. Mərkəzin həkim-neyrocərrahı Vüqar Verdiyev tərəfindən xəstəyə “L5-S1 diskektomiya, sekvestrektomiya (əsas diskdən qopub onurğa kanalına düşmüş disk parçasının çıxarılması)” diaqnozu qoyulub.

 

Ümumi narkoz altında əməliyyat zamanı mikroskopdan istifadə edilərək dəridə 3-4 santimetr uzunluğunda kəsik aparılıb. Fəqərəarası seqmentin minimal rezeksiyası ilə disk yırtığı xaric olunub.

 

Əməliyyatdan sonra xəstənin ağrısı tam keçib və ağrı səbəbindən yaranmış hərəkət çətinliyi aradan qalxıb. Xəstə 2 gün həkim nəzarətində saxlanıldıqdan sonra ağrılardan azad olmuş şəkildə yola salınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır