Şirvan şəhərində "MediYus" klinikasının açılışı olub
29.01.2022 21:58

Bu gün Şirvan şəhərində "MediYus" adlı klinikanın açılışı olub.

 

Aztibb.az xəbər verir ki, açılış mərasimində Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, "Şirvan şəhər Mərkəzi Xəstəxanası" PHŞ-ın direktoru Kamil Əhmədov, Şirvan Müalicə Diaqnostika Mərkəzinin direktoru Nəsib Səhratov, tibb işçiləri və şəhər sakinləri iştirak edib.

 

Klinikanın həkimi Günel Sayılova bildirib ki, "MediYus" klinikasında lor, ginekoloq, uroluq, pediatr, ümumi cərrahiyyə, USM, kardioloq, fizioterapevt, endokrinoloq, nevropatoloq, qastroentreroloq, terapevt, dermokosmetoloq kimi sahələr üzrə həkimlər fəaliyyət göstərəcək. Onun sözlərinə görə, klinikada son nəsil 4D formatlı USM aparatı “Sonoscape p20”, Exo aparatı S8 ekspert, fizioterapiya BTL kombayn, laparoskopik cərrahiyyə üçün aparat, sterilizasiya üçün avtoklav, ginekoloji kolposkop aparatı, həmçinin müasir avtomatlaşdırılmış laboratoriya mövcuddur. G.Sayılova klinikaya yaxın zamanda müasir standartlara cavab verən yeni tibbi avadanlıqların gətiriləcəyini də diqqətə çatdırıb.


Daha sonra Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva açılış lentini kəsərək, klinikanın fəaliyyətə başlamasını Şirvan şəhəri üçün əlamətdar hadisə adlandırıb. Bildirib ki, insanların sağlamlığına cavabdeh olmaq, düzgün müalicə etmək, müasir tibbi avadanlıqlardan səmərəli istifadə etmək, səhiyyə sahəsindəki yeniliklərdən xəbərdar olmaq və bütün bunları praktikada tətbiq etmək tibb işçilərinin üzərinə böyük məsuliyyət qoyur. O, bu yolda tibb işçilərinə uğurlar arzulayıb.


Tədbirdə çıxış edən Şirvan şəhər Mərkəzi Xəstəxanasının direktoru Kamil Əhmədov və "Şirvan Müalicə Diaqnostika Mərkəzi" PHŞ-ın direktoru Nəsib Səhratov Şirvanda müasir standartlara cavab verən, ən son nəsil cihazlarla təmin olunmuş belə bir klinikanın fəaliyyətə başlamasının önəmini qeyd edib, tibb ocağının kollektivinə uğurlar arzulayıblar.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır