Biologiya və Tibb Elmləri Bölməsinin magistrantları imtahan verib - AMEA  
28.01.2022 12:28

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantların Biologiyanın müasir problemləri ixtisaslaşma fənni üzrə imtahanı keçirilib. 

 

Aztibb.az xəbər verir ki, imtahanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan 10 magistrant, Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant, Mikrobiologiya İnstitutundan 3 magistrant, Botanika İnstitutundan 2 magistrant iştirak edib. 

 

AMEA-nın magistraturasında ilk dəfə olaraq bir ixtisas kursunun tədrisinə Biologiya və Tibb Elmləri Bölməsinin müxtəlif institutlarından 7 müəllim cəlb edilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d., dosent Samirə Rüstəmova, Mikrobiologiya İnstitutundan AMEA-nın müxbir üzvü Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutundan b.ü.f.d., dosent Mehrac Abbasov müasir biologiyanın müxtəlif istiqamətlərində mövcud olan aktual problemlər və həll olunmamış məsələlər barəsində ən son elmi yenilikləri magistrantlara çatdırıblar.

 

Magistrantlar tədris prosesində əldə edilmiş bilikləri imtahanda uğurla nümayiş etdiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub