Gömrük Hospitalında COVID-19-a qarşı müalicələrin yüksək səviyyədə aparıldığının şahidi oldum - Pasiyent
27.01.2022 15:53

Koronavirusa yoluxmuş, yüksək risk qrupuna daxil olan, irsi böyrək xəstəliyindən əziyyət çəkən Yasər Ağayev 16 noyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalına müraciət edib.

 

Y.Ağayev Aztibb.az-a Mərkəzi Gömrük Hospitalında COVID-19-a qarşı aldığı müalicəylə bağlı təəssüratlarını bölüşüb.

 

Pasiyent səhhətində laxtalanma ilə bağlı problemlərin olduğunu və illər öncə Gömrük Hospitalında angioqrafiya (anju) əməliyyatı keçirdiyini qeyd edib. O, həmçinin koronavirus əleyhinə peyvəndin 2 dozasını aldığını vurğulayıb.

 

“Mərkəzi Gömrük Hospitalında müalicə aldığım müddətdə xəstələrə böyük qayğı göstərildiyinin və müalicələrin yüksək səviyyədə aparıldığının şahidi oldum. Klinikanın tibb personalı gün ərzində bir neçə dəfə mənim vəziyyətimlə yaxından maraqlanır, müayinə və müalicələri yüksək səviyyədə aparırdılar”. – deyə pasiyent bildirib.

 

Y.Ağayev sağlamlığına qovuşmasında rolu olan həkimlərin hər birinə dərin minnətdarlığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub