ABŞ-da COVID-19-a qarşı peyvənd edilməmiş pasiyentə ürək köçürməkdən imtina ediblər
27.01.2022 13:41

ABŞ-ın Boston şəhərinin xəstəxanası pasiyentə ürək köçürməkdən imtina edib.

 

Aztibb.az xəbər verir ki, 31 yaşlı xəstə Dicey Fergüsonun yeni ürəyə ehtiyacı var, lakin Bostondakı “Brigham and Women’s Hospital” xəstəxanası onun adını siyahıdan çıxarıb. Bu barədə Fergüsonun atası məlumat verib.

 

Xəstəxananın nümayəndəsi deyib ki, ürək köçürülməsinə namizədlərin immun sistemi çox zəifləmiş olduğuna görə, onların COVID-19-a qarşı peyvəndlənməsi tələb olunur. Bundan əlavə, əməliyyatın uğurlu olması, habelə transplantasiyadan sonra pasiyentlərin salamat qalmasını optimallaşdırmaq üçün həmin pasiyentlər müvafiq həyat tərzi keçirməlidirlər.

 

Xəstəxananın bəyanatını belə şərh etmək olar ki, pasiyentə rədd cavab verilməsi vaksinasiyanın olmamasından əlavə, başqa amillərlə də bağlı ola bilər, lakin xəstəxanada informasiyanın məxfiliyinə istinad edərək daha ətraflı məlumat verməkdən imtina edilib. Xəstəxana nümayəndələri onu da bildiriblər ki, orqan transplantasiyası gözləyənlərin siyahılarında 100.000 nəfərin adı var. Onların əksəriyyəti yaxın 5 il ərzində belə orqan ala bilməyəcək, çünki münasib orqanlar çatışmır. Fergüson 2021-ci il noyabrın 26-dan xəstəxanadadır və irsi ürək xəstəliyindən əziyyət çəkir, bu səbəbdən onun ağciyərlərinə qan və maye dolur.

 

Fergüsonun müalicəsi üçün vəsait toplanmasının təşkilatçısının sözlərinə görə, Diceyi narahat edən budur ki, onun ürək iltihabı yarana bilər. Bu isə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qeyd etdiyi kimi koronavirusa qarşı vaksinasiyanın potensial fəsadıdır. Nadir hallarda baş verən belə fəsadlar, - pasiyentin ürəyinin zəif olması nəzərə alınaraq, - çox təhlükəli ola bilər.

 

Nyu-York Universitetinin Qrossman Tibb Məktəbinin tibbi etika şöbəsinin rəhbəri, doktor Artur Kaplan deyib ki, hər hansı orqan transplantasiyası əməliyyatından sonra pasiyentin immun sistemi demək olar ki, işləmir və hətta adi soyuqdəymə ölümlə nəticələnə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub