Masallıda qazilərlə görüş keçirilib
25.01.2022 15:21

Masallı rayon Mərkəzi Xəstəxanasında bir qrup qazi ilə görüş keçirilib.

 

Görüşdə "Masallı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru, tibb üzrə fəlsəfə doktoru Xanbaba Hüseynov, xəstəxananın baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humantir məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masalllı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Mərhəmət Lələyev, eləcə də "Gənc Qazilər" İctimai Birliyinin sədri Bəxtiyar Salayev və sədr müavin Hikmət Salmanzadə iştirak ediblər.

 

Öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Mərhəmət Lələyev Vətən müharibəsi dövründə əsgər və zabitlərimizlə birlikdə ölkəmizin səhiyyə işçilərinin də həm ön cəhbədə, həm də arxa cəhbədə böyük fədakarlıq göstərdiklərini bildirib: "Bu gün də Azərbaycan həkimləri qazilərimizin sağlamlıqları üçün əllərindən gələni edirlər. Həkimlərimiz şəhid ailərinin, qazilərimizin, Vətən müharibəsinin iştirakçılarının hər zaman yanında olurlar".

 

O, üç aya yaxındır ki, Masallı rayonunda "Gənc Qazilər" İctimai Birliyinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Biirliyin əsas məqsədi qazilərimizə və şəhid ailələrinə maddi və mənəvi dəstək göstərmək, onların hər zaman yanlarında olmaqdır. 

 

Daha sonra Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humantir məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxış edərək ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd ediblər. Bildirilib ki, həm rayon İcra hakimiyyəti, həm də rayon mərkəzi xəstəxanasının bütün həkim kollektivi hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərinin yanındadır.

 

Tədbirdə "Gənc Qazilər" İctimai Birliyinin sədri Bəxtiyar Salayev, sədr müavini Hikmət Salmanzadə və Birliyin NTK sədri Tərlan Adgözəlov tədbirin təşkilinə, göstərdikləri diqqət və qayğıya görə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, Mərkəzi xəstəxananın direktoru Xanbaba Hüseynova minnətdarlıqlarını bildiriblər.

 

Sonra Qarabağ Vətən müharibəsində və müharibədən sonrakı dönəmdə nümayiş etdirdiyi birlik və bərabərlik, arxa cəbhədə yaralı əsgər və zabitlərə göstərdiyi müayinə və müalicə, diqqət və qayğıya görə "Gənc Qazilər" İctimai Birliyinin respulika üzrə sədri Hacı Vəliyev tərəfindən bir qrup həkim Fəxri fərmanla təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır