Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
25.01.2022 15:03

Ötən müddət ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 264 əməliyyat həyata keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert, travmatoloq İlqar Qasımov deyib.

 

İ.Qasımovun müsahibəsini təqdim edirik:

 

- İlqar müəllim, müsahibələrinizin birində qeyd etmişdiniz ki, 44 günlük İkinci Qarabağ müharibəsi əsgərlər üçün başa çatıb, lakin həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Bilmək istərdik ki, ötən müddət ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə nə qədər ortopedik əməliyyat aparılıb?

- Ortoped və travmatoloqlarımız İkinci Qarabağ müharibəsində ağır yaralanan qazilərimizi daim nəzarətdə saxlayırlar. Belə ki, ötən müddət ərzində onlara 264 əməliyyat həyata keçirilib. Bundan əlavə, 27 ildən sonra bağırsaqlarından güllə yarası almış Birinci Qarabağ müharibəsi veteranını əməliyyat etdik. Çox ciddi və mürəkkəb əməliyyat oldu, çünki xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları çox yüksək idi.

- Vətən Müharibəsi iştirakçıları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hansı problemlərlə bağlı müraciət edirlər?

- Hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq.

Bu müraciətləri təxminən 4 qrupa bölmək olar. Birinci qrup, yalançı oynaqlar (psevdoartroz - bitişməyən siniq). Güllə yarası (müştərək ətrafın travması) olanda qidalanma pozulur, damarlar zədələnir və termik yanıqlar olur. Qeyd etmək istərdim ki, psevdoartrozla, adi sınıqlardan fərqli olaraq, sümük daha gec bitişir. Hətta elə hallar olur ki, yalançı oynaqlar əmələ gəlir.

İkinci hal, sıxılma sindromu (kompartment sindromu) nəticəsində xəstələrdə paralitik vəziyyətlər (periferik sinir sisteminin zədələnməsi), xüsusən də xəstənin biləklərin və dabanların (“paralitik" pəncələr - pəncə reflekslərinin enməsi). Bu xəstələr əlbəttə ki, uzunmüddətli ortopedik yardıma ehtiyacı olan xəstələrdir.

Üçüncü qrupa aiddir uzun borulu sümüklərinin, xüsusən də aşağı ətrafların defektləri. Müsahibələrimin birində qeyd etmişdim ki, Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub. Ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu, kifayət qədər uzun prosesdir, çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir.

Xəstələrin sonuncu qrupu güllə yaralarından sonra oynaqdaxili sınıqları olan xəstələrdir. Bunlar əsasən iri oynaqların (bud-çanaq və diz oynaqlarının) sınıqlarıdır. Təbii ki, artikulyar səthin hər hansı zədələnməsi, xüsusən də güllə yarası, oynaqların invalizasiyasına və kontrakturasına səbəb olur (xroniki ağrı sindromu).

- Hansı hallarda oynaq artroplastikası aparılır?

- Terapevtik müalicənin lazımi hərəkətliliyi təmin etmədiyi və onların işləməsi insanda ağrılara səbəb olan hallarda oynaqların artroplastikası (bud-çanaq oynağı endoprotezləşdirilməsi) aparılır. Qeyd etmək istərdim ki, biz böyük oynaqların artroplastikasında çoxlu təcrübə toplamışıq. Belə ki, YAŞAT Fondunun dəstəyi ilə mükəmməl davamlılığa və etibarlılığa malik ən müasir keramika implantlarından istifadə etməklə 7 artroplastika əməliyyatı həyata keçirdik.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq