Baş Prokurorluqdan yeni doğulmuş uşağın oğurlanması iddiasına MÜNASİBƏT
07.09.2020 19:42

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxt sakini Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarından birinin “3 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin həkimləri tərəfindən oğurlanması barədə məlumatlar yayılıb.


Aztibb.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarının birinin qeyd edilən xəstəxananın həkimləri tərəfindən oğurlanması barədə müraciəti üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı müəyyənləşdirilib ki, Aytən Namazovanın hamiləliyi dövründə ultrasəs müayinəsi üçün müraciət etdiyi Sabunçu rayonunun 21 saylı şəhər poliklinikasının həkim-sonoqrafı Sevda Nəzərova və həkim sonoqraf Şərqiyyə İbrahimova tərəfindən müayinə vərəqələrində faktiki olaraq bir dölə aid göstəricilərin qeyd olunmasına baxmayaraq, sonuncuların müayinə vərəqələrinin tərtibatına məsuliyyətsiz yanaşmaları nəticəsində dölün sayı qrafasında mexaniki səhvə yol verilərək 2 rəqəmi qeyd edilib.

 

Aparılmış araşdırma nəticəsində Aytən Namazovanın 2019-cu il noyabrın 7-də müraciət etdiyi 3 saylı ŞKX-da ultrasəs müayinəsi zamanı 6 həftəlik əkiz döllərə hamilə olması, lakin hamiləliyinin sonrakı dövrlərində döllərdən birinin inkişafdan qalması nəticəsində 2020-ci il iyulun 31-də yalnız bir uşaq dünyaya gətirməsi alınmış izahatlar, məhkəmə-tibbi ekspertinin rəyi və digər zəruri sənədlərlə sübuta yetirildiyindən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından 2020-ci il sentyabrın 3-də cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

 

Sabunçu Rayon Prokurorluğu tərəfindən qeyd edilən həkimlərin intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması, bu kimi halların qarşısının alınması və gələcəkdə yol verilməməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdimat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır