Azərbaycan Tibb Universitetinin əməkdaşları beynəlxalq qrant müsabiqənin qalibi olublar
07.09.2020 17:39
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları beynəlxalq elmi qrant müsabiqəsində qalib seçiliblər.
 
ATU-nun təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” məqsədli 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsində uğurla iştirak ediblər. Elmin İnkişafı Fondunun Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) ilə birgə elan etdiyi müsabiqəyə 9 layihə təqdim olunub və onlardan yalnız 2-si yüksək bal toplayıb.
 
Qalib çıxan 2 layihədən biri Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Türkiyənin Yıldız Texniki Universitetinin alimlərindən ibarət müvəqqəti yaradılmış komandanın təqdim etdiyi layihə olub. Azərbaycanlı və türkiyəli alimlər “Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi” mövzusunda layihə ilə müsabiqədə qalib çıxıblar.
 
Layihənin rəhbəri Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru Ü.Həsənovadır. Layihə heyətinə ATU-dan Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, prof. E.Qasımov və ETM-in Elektron Mikroskopiya şöbəsinin b.e.i., b.ü.f.d. F.Rzayev daxildir.
 
Tərkibində peptid qalığı olan taclı efirlərin və antimikrobial peptid ilə modifikasiya olunmuş taclı efirlərin maqnit xassəli dəmir oksid (Fe3O4) nanohissəcikləri və biouyumlu polimer (PHPMA) ilə komplekslərin əsasında əldə edilən nanosupramolekulyar strukturların bioloji aktivliyi (histoloji və elektron mikroskopik üsullarla) ATU-da öyrəniləcək.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır