Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib
07.09.2020 17:23

Əczaçılıq sahəsində milli tənzimləyici orqan kimi Analitik Ekspertiza Mərkəzi tərəfindən yerli və xarici dərman vasitələri istehsalçılarının Etibarlı İstehsalat Təcrübəsinin (EİT) tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün mütəmadi olaraq tədbirlər görülür.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, həyata keçirilən təftişlərin effektivliyinin daha da artırılması, bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlarla uyğunlaşdırılması, EİT təftişlərini həyata keçirən işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin EİT sahəsində milli, regional və beynəlxalq qurumlar ilə əməkdaşlığın gücləndirilməsi işi daim uğurla həyata keçirilir.

 

Bu məqsədlə Analitik Ekspertiza Mərkəzi tərəfindən PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq Təftişi Konvensiyası və Əczaçılıq Təftişi üzrə Əməkdaşlıq Sistemi) beynəlxalq təşkilatına üzv olmaq məqsədi ilə cari ilin avqust ayında müraciət olunub və üzvlük prosedurunun ilkin mərhələsinə (“Pre-applicant”) qəbul edilib.

 

Məlumat üçün qeyd edək ki, sözügedən təşkilat dünya ölkələrinin əczaçılıq sahəsində milli tənzimləyici orqanları arasında əməkdaşlığın qurulması məqsədi ilə Avropa Azad Ticarət Assosasiyası tərəfindən 1970-ci ildə yaradılıb və hazırda ümumilikdə 53 üzvü var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır