Lənkəranda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib
20.01.2022 09:11

"Lənkəran Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilib.

 

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri mərkəzin direktoru Ağabala Kəlbiyev açaraq xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu söyləyib. Bildirib ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmadı, əksinə müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynadı.

 

Vurğulanıb ki, faciədən bir gün sonra ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

 

Tədbirdə qanlı faciənin canlı şahidləri olan həkimlər - Taleh Məmmədov, Siasət Qasımov və Zair Axundov həmin ağrılı-acılı günləri xatırlayıblar. Bildirilib ki, 20 Yanvar Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır