Qazax Müalicə Diaqnostika Mərkəzində 20 Yanvar faciəsinin ildönümü qeyd olunub  
19.01.2022 12:17

"Qazax Müalicə Diaqnostika Mərkəzi" Publik Hüquqi Şəxsdə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə müəssisənin direktoru Kamandar İbrahimov 20 Yanvar faciəsindən danışıb, keçmiş sovet imperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda qanlı hadisələr törətdiyini söyləyib. Qeyd edib ki, o qanlı gecə heç vaxt xalqımızın yaddaşından silinməyəcək.

 

K.İbrahimov faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirtdiyini, Bakıda törədilən qırğınların günahkarlarının cəzalandırılmasını tələb etdiyini xatırladıb. O, müstəqillik yolunun məhz 20 Yanvardan başlandığını, Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib.

 

Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Zəfərlə bütün şəhidlərimizin qisası alındığı vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır