ATU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO
19.01.2022 14:26
Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar hadisələrinin 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
 
Aztibb.az xəbər verir ki, mərasimdə giriş nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 1990-cı ilin 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrindən biri kimi daxil olduğunu qeyd edib. Rektor xatırladıb ki, həmin gecə ATU əməkdaşları, həkimlərimiz də gülləyə tuş gəliblər. Həkimlərimiz isə çox ağır şəraitdə yaralıların həyatının xilası uğrunda savaşıblar. G.Gəraybəylinin sözlərinə görə, 20 Yanvar hadisələri zamanı ATU da 9 şəhid verib.
 
Hər il 20 Yanvar şəhidlərinin ruhunu dərin hüznlə yad etdiyimizi deyən rektor G.Gəraybəyli bu il bir qədər fərqli əhvalda olduğumuzu da vurğulayıb:
 
“Artıq şəhidlərimizin qanı yerdə qalmayıb. Biz 20 Yanvar faciəsini Qarabağ prosesindən kənarda yanaşa bilmərik. Məhz bu kontekstdən deyə bilərik ki, artıq müstəqillik uğrunda şəhid olan qəhrəmanların qanı yerdə qalmadı. Azərbaycan bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı böyük və əzmkar xalqdır”.
 
Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
 
Daha sonra ATU-nun İctimai Fənlər kafedrasının prof Fəxrəddin Məmmədov, 3-cü cərrahi xəstəliklər kafedrasının müdiri, prof Fariz Camalov Azərbaycan xalqına qarşı yönələn bu dəhşətli cinayət, eyni zamanda tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan Qanlı Yanvar gecəsi haqqında xatirələrini bölüşüblər, İctimai səhiyyə fakültəsinin 6-cı kurs tələbəsi Fidan Həsənli tələbələr adından çıxış edərək şəhidlərin ruhunun əbədi olaraq yaddaşlarda qalacağını deyib.
 
Çıxışlarda qeyd olunub ki, ümumxalq hərəkatında azərbaycanlı həkimlər, Tibb Universitetinin məzun və tələbələri, həmçinin universitetin əməkdaşları hər zaman ön sıralarda olublar. Bildirilib ki, Universitetin həyətində 20 Yanvar faciəsində şəhid olan ATU-nun 9 əməkdaşının xatirəsini əks etdirən abidə də ucaldılıb. və hazırda həmin abidə yenilənmək ərəfəsindədir. Bu kompleksə İkinci Qarabağ müharibəsində şəhid olmuş ATU məzunlarının adları da həkk olunacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub