Avtomobilində dərman qutusu olmayan sürücülər cərimələnə bilər
07.09.2020 15:45

Son günlər sosial şəbəkələrdə avtomobilində dərman qutusu olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı məsələ yenidən aktuallaşıb.

 

Aztibb.az xəbər verir ki, məsələyə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da öz feysbuk hesabında paylaşdığı statusunda münasibət bildirib.

 

“Son günlər avtomobildə dərman qutusu ilə bağlı mövzunun nədən aktuallaşdığı aydın olmasa da, xırda bir məsələni diqqətinizə çatdırım. 19 iyun 2020-ci il tarixdə Həm “Yol hərəkəti haqqında” Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirildi. İndi o “dərman qutusu” yox, “ilk tibbi yardım qutusu” adlanır. Səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır. Hazırda həmin qutunun tərkibi AR Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin “Yol hərəkəti haqqında” Qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar NK-ya tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin. Yəqin ki, Nazirlər Kabineti 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini siyahıdan çıxaracaq”.

 

Ekspert, həmçinin qeyd edib ki, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanılan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mətbuata açıqlamasında nəqliyyat vasitəsində dərman qutularının olmamasının inzibati xəta tərkibi yaratdığını və sürücülərin 10 manat məbləğində cərimə edildiklərini bildirmişdi. O, qeyd etmişdi ki, hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ilkin tibbi yardım göstərməyi bacarmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır