Həkim reportajı: Burun damcılarından çox istifadə asılılıq yaradır
17.01.2022 14:55
Həkimlərin sinusit kimi infeksion xəstəliklərin müalicəsində təyin etdikləri burun açıcı damcılar xəstələr tərəfindən özbaşına istifadə edildikdə, bu, burun ətlərinin daha çox şişməsinə, burun tıxanıqlığının artmasına səbəb ola bilir.
 
Belə dərmanlar burun içinə püskürdüldüyündə geniş bir sahəyə çatıb xəstəlik səbəbi ilə şişmiş və burun tıxanıqlığına səbəb olan burun ətlərini kiçildirlər. Ancaq uzun müddət və yüksək dozalarda istifadəsi zamanı burun selikli qişasında zədələnmə yaradır və nəticədə burun ətləri daha çox şişməyə başlayır.
 
Burnu daha çox tıxanan xəstə daha çox dərman istifadə edib nəfəs almağa çalışır və get-gedə bu bir asılılıq halını alır. Günlük praktikamda burun damcılarından asılı hala gəlmiş və gecə onsuz yatmayan xəstələrlə tez-tez rastlaşıram. Üstəlik bu asılılıq yalnızca tıxanmaya deyil, burun içində zədələnməyə səbəb olduğundan burun qanaxmaları, burun içində yanma və batma hissi, iy bilmədə zəiflik kimi problemlər yarada bilir.
 
Burun damcısı asılılığından yaxa qurtarmaq çox çətindir. Xəstələrin çoxu gündüz istifadəni dayandıra bilsələr belə, gecələri bu dərmansız yata bilmirlər. Əslində bu asılılıqdan yaxa qurtarmağın ən yaxşı yolu, səbirli və dözümlü olub bir neçə həftə dərmandan istifadəni dayandırmaqdır. Bu tip sprey və damcıların istifadə qaydası bir həkim tərəfindən söylənilməlidir.
 
Bu dərmanların bir çoxu qan təzyiqini yüksəltdiyi üçün ürək damar xəstəliklərində istifadəsi riskli ola bilər. Qış aylarında otaq havasının qurumaması və burun içi selikli qişanın qurumasının qarşısını almaq üçün radiyatorlar üzərində su yerləşdirmək mütləqdir. Bu tip dərmanlaradan asılı olmamaq üçün istifadədən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır.
 
Lor cərrahı Cavid İsmayılov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib