Xəstəxananın şöbə müdirinin qanunsuz hərəkətləri ilə bağlı CİNAYƏT İŞİ başlanıb
07.09.2020 14:23

Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən bu sahədə vətəndaşlarla dövlət arasında nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur. Belə halların aşkara çıxarılaraq təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin məlumatında bildirilib ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq iyunun 2-də iyun və avqustun 5-də xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyənləşdirilib.

 

Bununla yanaşı, həyata keçirilmiş operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində avqustda 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, sentyabrın 2-də işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manatlıq hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

 

Faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən, Katib Məmmədov şübhəli şəxs qismində tutulub. Sentyabrın 5-də o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə Səriyyə Tanverdiyeva isə Cinayət Məcəlləsinin 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır