Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya keçirilib
16.01.2022 08:58

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 3 günlük humanitar tibbi aksiya təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, aksiya çərçivəsində 1084 xəstə müayinə və müalicə olunub. Ümumilikdə, pasiyentlərə 2754 diaqnostik, terapevtik, cərrahi və digər tibbi xidmətlər göstərilib, 24 göz, 9 ümumi, 6 kiçik əməliyyat olmaqla, 39 pulsuz cərrahiyyə əməliyyatları aparılıb.

 

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib.

 

Aksiya zamanı səhiyyə maarifi işi də aparılıb, vətəndaşların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.

 

Qeyd edək ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yanvarın 12-dən start götürən humanitar aksiyaya Respublika Klinik Xəstəxanasının 14 nəfərlik həkim heyəti dəvət olunub. Həkim heyətinin tərkibində yüksəkixtisaslı həkimlərdən pediatr, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, ginekoloq və başqaları iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub