Naxçıvanda bərpa mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb  
15.01.2022 10:15

Naxçıvanda Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb.


Aztibb.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası daim diqqətdə saxlanılıb, onlar müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin ediliblər. 


Nazir vurğulayıb ki,  son illərdə muxtar respublikadan kənarda reabilitasiya keçmək istəyən şəxslərin sayında azalma müşahidə olunub. Ötən il bərpa mərkəzlərində, ümumilikdə, 500-dən artıq şəxsin müalicə kursu qəbul etməsi təmin olunub ki, onların da 12 nəfəri ikinci Qarabağ müharibəsi iştirakçılarıdır.

Bərpa mərkəzlərinin kollektivləri adından çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Yasin Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib.


Sonra yeni alınmış avadanlıqlara baxış olub, onların funksiya və göstəriciləri haqqında məlumat verilib.


Qeyd edək ki, yeni alınmış tibbi avadanlıqlardan Elektroensefaloqrafiya cihazı epilepsiya xəstəliyinin diaqnostikasında tətbiq olunur. Universal trenajor aparatı isə boyun bölgəsi, gövdə və sərbəst hissə əzələlərinin xəstəliklərinə bağlı yaranan zəifliyin və kontrakturların aradan qaldırılması baxımından müalicəvi əhəmiyyətə malikdir. Velotrenajor avadanlığı 1-ci dərəcəli osteoartrozlar, aşıq-daban oynağı xəstəlikləri, ayaq əzələlərinin parezi, həmçinin profilaktik məqsədlə əzələləri gücləndirmək üçün tətbiq edilir. Elektrostimulyasiya cihazının xüsusi elektrodları dəri səthi ilə təmasda olaraq, elektrostimulyasiya prosesini icra edir ki, nəticədə əzələ və sinir xəstəliklərində oyanmanı, spastik vəziyyətin aradan qaldırılmasını həyata keçirir. Bundan başqa, Maqnitoterapiya, Mikrodalğa, Vakum terapiya aparatları, Ultrasəslə müayinə aparatı - USM, ENMQ, Amplipuls Lazerterapiya, Spirometriya, Hemoqlabin A1C analizatoru, Qulukometr, Ultrasəs terapiya cihazları və Ayaqaltı koordinasiya bir sıra xəstəliklərin müayinə və müalicəsində əhəmiyyətli rol oynayır. Bütün bu avadanlıqlar ən yüksək standartlara cavab verir və funksionallıq baxımından müasir texniki parametrlərə uyğundur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır