Burun qanaxmalarını necə ayırd etməli? Qanaxmanın səbəbləri
12.01.2022 16:07
Burun qanaxmaları, yaş və cinsindən asılı olmayaraq həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir. Yüngül və şiddətli qanaxmalar ola bilər.
 
Aztibb.az xəbər verir ki, burun qanaxmaları tibbi olaraq iki başlıq altında təsnif edilir:
 
Ön burun qanaxmaları - qanaxmaların əksəriyyəti, burunun orta hissəsindəki arakəsmədə incə damarların zədələnməsi nəticəsində tək tərəfli olaraq müşahidə edilir. Bu bölgədəki damarlar səthi yerləşdiklərinə görə burunun təmizlənməsi zamanı və dırnaqla toxunduqda belə zədələnə bilər. Bu qanaxmalar burundan xaricə doğru axır. Daha çox uşaq və yeniyetmələrdə rast gəlinir.
 
Arxa burun qanaxmaları – orta və yuxarı yaş qrupunda, xüsusilə yüksək təzyiqi olan şəxslərdə rast gəlinir. Burun daxilində arxa üst bölgələrdən olur, həm ön tərəfdən, həm də arxaya udlaq, ağız və boğaza axa bilər.
 
Ön burun qanaxmaları daha çox quru iqlim şəraitində və qış aylarında burun selikli qişasının quruması nəticəsində əmələ gəlir. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı krem barmaq ucu ilə burun içinə, xüsusilə, orta hissəsinə çəkilir. Barmaqla burun qanadlarına təzyiq etdikdə qanaxma əksər hallarda dayanır. Arxa burun qanaxmaları əsasən, yaşlılarda və yüksək təzyiqi olanlarda müşahidə edilir. Arxa tərəfdən olduğu üçün burunun ön tərəfinə barmaqla təzyiq etdikdə qanaxma dayanmır. Gözdə qaralma, ümumi vəziyyətin pisləşməsi, təzyiqin kəskin düşməsi, nəbzin tezləşməsi olarsa, xəstə təcili olaraq xəstəxanaya çatdırılmalıdır.
 
Burun qanaxmalarının əsas səbəbləri burunun təmizlənməsi zamanı güc vermək (damarların yırtılmasına səbəb olur), laxtalanma pozğunluğu, aspirin və oxşar dərmanların istifadəsi, qaraciyər xəstəlikləri, yüksək təzyiq, çəpər əyriliyi, travma, şişlər və s. hesab olunur.
 
Qanaxmanın dayanmadığı ön burun qanaxmalarında tampon yerləşdirərək və ya kiçik müdaxilə ilə damarı laxtalandıraraq qanaxma dayandırılır. Qanaxma dayanıbsa, tampon çıxdıqdan sonra yumşaldıcı krem və məlhəmlər çəkilir. Bir neçə gün kremə davam edilir. Fizioloji damcı və spreylər də nəmləndirmə məqsədi ilə istifadə olunur. Əgər qanaxma təkrarlanırsa mütləq qulaq-burun-boğaz həkimi müayinə etməlidir. Endoskop vasitəsilə qanayan hissə müayinə edilir və qanaxmaya səbəb olan damar müvafiq şəkildə müalicə edilir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib