Tütündən istifadə edən uşaq və yeniyetmələrin sayı azalıb
10.01.2022 12:39

"Azərbaycanda tütün məmulatları istifadə edən uşaq və yeniyetmələrin sayı 2021-ci ildə nisbətən azalıb".

 

Aztibb.az-ın məlumatına görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu, xüsusilə məktəbyaşlı uşaqlar və valideynlər arasında İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən aparılan monitorinq nəticəsində məlum olub: "Bu cür sorğular, adətən, 13 yaşdan yuxarı uşaqlar arasında aparılır. 2022-ci ildə isə təxminən 3 min uşaq arasında tam sağlamlıq vəziyyəti və tütün məhsullarından istifadə ilə bağlı böyük monitorinqin keçirilməsi planlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq standartlaşdırılmış sorğusu ümumilikdə 40 ölkədə keçirilir. Sorğu nəticəsində uşaqların fiziki aktivliyi, sağlam qidalanması, onların tütün və narkotik vasitələrdən istifadəsi ilə bağlı ümumi vəziyyət məlum olacaq. Tütün məmulatlarından istifadə istiqamətdə aparılmış sorğular göstərir ki, psixi gərginlik uşaqlar, eləcə də böyüklər arasında siqaret istifadəçilərinin sayının artmasına səbəb olur. Ona görə də əhalinin psixi sağlamlığının qorunması sahəsində müxtəlif tədbirlərin görülməsi vacibdir. Deməli, vətəndaşların psixi sağlamlığının qorunmasına çalışmaqla onların tütün məmulatlarından istifadəsinin azalmasına da nail olmaq mümkündür".

 

O, qeyd edib ki, bu il keçiriləcək sorğunun hazırlıq mərhələsi dekabr ayında bitib:

 

"Bu ay ÜST ilə birgə müsahiblərin təlimləri keçiriləcək. Sorğuda 70-ə yaxın parametr, o cümlədən uşaqların çəki, boy, qamət funksiyaları araşdırılacaq. Sorğu nəticəsində tövsiyə və növbəti illər üçün proqramlar hazırlayacağıq".

 

N.Seyidov qeyd edib ki, ölkənin tibbi personalı COVID-19 infeksiyasının tütün istifadəçilərində daha ağır keçməsi haqqında ciddi maarifləndirmə işi aparıb:

 

"Maarifləndirmə nəticəsində pandemiya dövründə tütün istifadəsinin böyüklər arasında da müəyyən qədər azaldığı müşahidə edilib".

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib