Vüqar Qurbanov Lənkəran Regional Perinatal Mərkəzində aparılmış işlərlə tanış olub
08.01.2022 11:01

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkəran rayonuna səfər edib.


İlk olaraq Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Regional Perinatal Mərkəzdə aparılmış işlərlə tanış olub.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev cənub bölgəsində yaşayan əhaliyə xidmət göstərilməsi üçün müəssisənin ən yeni avadanlıqlarla təmin edildiyini bildirib. O, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış kadrların cəlb edildiyini söyləyib.


Daha sonra Mərkəzin binası ilə yaxından tanış olan Vüqar Qurbanov kollektivə tapşırıq və tövsiyələrini verib. V.Qurbanov Regional Perinatal Mərkəzin fəaliyyətə başlamasının olduqca mühüm hadisə olduğunu və Mərkəzin 9 rayonun əhalisinə xidmət göstərəcəyini bildirib. O, TƏBİB-in müvafiq şöbələri tərəfindən perinatal mərkəzlərdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müntəzəm olaraq təlimlərin keçirildiyini qeyd edib.


Məlumat üçün qeyd edək ki, Mərkəzdə ümumilikdə 76 çarpayı mövcuddur. (Doğum şöbəsi-45, Potalogiya şöbəsi-15, Anesteziologiya və Reanimasiya şöbəsi-6, Yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi-10)

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır