Çimərliklərdə vəziyyət necədir? - Tədbirlər davam etdirilir
06.09.2020 15:38

Paytaxtda çimərlik mövsümünün sonu yaxınlaşmasına baxmayaraq vətəndaşların çimərliklərə gəlişi davam edir.

 

Bununla əlaqədar olaraq, çimərliklərdə sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumları tərəfindən karantin şəraiti nəzərə alınaraq tədbirlər davam etdirilir, vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir. 

 

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanılıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

 

Çimərlik mövsümünün sonu yaxınlaşdığından şənbə və bazar günlərində bura insan axınının çox olması nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir. Çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artırılıb.

 

İstirahətə gələnlərin sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. İstirahətə gələn vətəndaşların sayını “Asan könüllüləri” qeydə alır və bura girişi tənzimləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır