“Hər kəs xilas edə bilər” - "Ailə və Ətraf Mühit" İctimai Birliyinin layihəsi
06.09.2020 12:38

Bəzən insan həyatını xilas etmək üçün cəmi bir neçə dəqiqə vaxt qalır. Xüsusilə də yol qəzalarında xəsarət alan şəxslərə düzgün qaydada ilkin yardım göstərilməsi onların sağ qalmasına kömək edir. Bu məqamda nəyi necə etməyi bilmək çox önəmlidir. Bir neçə vacib bacarıq sayəsində insan həyatını qurtarmaq olar. Bunun üçün həkim olmağa ehtiyac yoxdur.

 

Aztibb.az xəbər verir ki, "Ailə və Ətraf Mühit" İctimai Birliyinin hazırladığı “Hər kəs xilas edə bilər” silsilə video-təlimatlar məhz bu mövzuya həsr olunub. Video-kurslar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

 

Videolarda həkim və mütəxəssislər yol qəzalarında zərərçəkən şəxslərə yardım göstərmək üçün ilkin biliklər haqqında məlumat verirlər. Bu zaman insanın huşunun bərpa olunması, ona süni nəfəsin verilməsi, ürəyinin masaj edilməsi, güclü qanaxmaları kəsməyin yolları, qıcolma tutan insana göstərilən ilkin yardım və digər məqamlar haqqında məlumat verilir.

 

Aşağıda təqdim edilən videolarda Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov ilkin tibbi yardımın yollarından danışır. Videolar təşkilatın sosial şəbəkə hesablar ilə yanaşı, yerli media orqanlarından da yayımlanacaq.

 

https://youtu.be/KUl88pZMHqI

https://youtu.be/cs_spefbacw

https://youtu.be/7rLt21Tnq2o

 

Qeyd edək ki, sözügedən layihə çərçivəsində yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlar ilkin tibbi yardımın təşkili ilə bağlı məqalələr hazırlanır. Məqalələrdə nəqliyyat məsələləri üzrə ekspertlər, həkimlər, yol polislərinin fikirləri yer alıb. Layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə dərc olunacaq yazılarda yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar da yer alacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır