Cəlilabadda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi keçirilib
02.01.2022 12:52

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Rayon Sosial Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün Yeni il şənliyi təşkil keçirilib.

 

Aztibb.az xəbər verir ki, bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov uşaqlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb, Yeni ildə uşaqlara sağlam həyat və firavan gələcək arzulayıb.

 

R.Cəlilov ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.

 

Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

 

Daha sonra bayram şənliyində iştirak edən uşaqlar rəqs edib, şeir söyləyib, mahnı oxuyublar.

 

Şənliyə Şaxta baba, Qar qız və klounun qatılması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.

 

Bayram şənliyinin sonunda uşaqlara hədiyyələr verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır