Rusiyanın hazırladığı COVID-19 əleyhinə peyvəndin ilk klinik nəticələri açıqlandı
05.09.2020 11:32

Dünyanın nüfuzlu elmi jurnallarından biri olan "The Lancet" Rusiya alimləri tərəfindən hazırlanmış koronavirus əleyhinə "Sputnik V" vaksini ilə bağlı ilk klinik tədqiqatların nəticələrini dərc edib.

 

Bu barədə Aztibb.az ria.ru saytına istinadən xəbər verir.

 

Məqalədə qeyd olunur ki, toplanan məlumatlarda rAd26-S və rAd5-S adenoviruslarına əsaslanan xəstələrə tətbiq olunan peyvənd xəstəliklə mübarizədə effektiv olmaqla yanaşı, həm də istifadə üçün təhlükəsizdir. Vaksinin sınaqlarının iki mərhələdə aparıldığı, onun əvvəlcə virusları zəiflətdiyi, daha sonra isə koronavirusun RNT parçalarını insan hüceyrələrinə göndərəcək şəkildə dəyişildiyi bildirilib.

 

Nəşrdə, həmçinin "Sputnik V" vaksininin effektivliyinə dair elmi sübutlar təqdim edilib. Məsələn, onun iki mərhələdə verilməsi sayəsində peyvənd edilmiş şəxslərin hamısında koronavirusa qarşı uzunmüddətli immun sisteminin yarandığı qeyd olunub.

 

Qamaleya Mərkəzinin mütəxəssislərinin elmi məqalədə bildirdiyi kimi, əsas tapıntılardan biri də "Sputnik V" vaksininin təhlükəsizliyidir. Klinik tədqiqatların nəticələrinə əsasən mütəxəssislər qiymətləndirilən meyarlar üzrə peyvəndin heç bir ciddi arzuolunmaz təsirini aşkar etməyiblər.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır