Durulaşmış sidik ifrazı ilə xarakterizə olunan - Şəkərsiz diabet
27.12.2021 14:46
"Şəkərsiz diabet" termini altında çox miqdarda durulaşmış sidik ifrazı ilə xarakterizə olunan xəstəliklər toplanıb.
 
Tibbi mənbələrdə bildirilir ki, əksər hallarda həmin xəstəliklər antidiuretik hormonun istehsalı və ya təsirinin pozulması ilə əlaqədar olur.
 
Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinən xəstəlikdir. Şəkərli diabet insulin çatışmazlığı və ya insulinə rezistentlik, qanda qlükoza səviyyəsinin yüksəlməsi səbəbindən susuzluq və sidik ifrazının artması ilə xarakterizə olunursa, şəkərsiz diabet zamanı yaranan poliuriyanın qanda qlükoza səviyyəsi ilə heç bir əlaqəsi olmur.
 

Şəkərsiz diabetin dörd tipi ayırd edilir: mərkəzi şəkərsiz diabet, nefrogen şəkərsiz diabet, dipsogen şəkərsiz diabet, hestasion şəkərsiz diabet.

 

Xəstəliyin əsas əlaməti poliuriya – sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsi olaraq susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır. Gecə saatlarında çoxlu sidik əmələ gəldiyinə görə xəstənin bir neçə dəfə yuxudan oyanması gecə yuxusunun pozulmasına, ümumi halsızlıq və yorğunluğun yaranmasına səbəb olur.

 

Vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, baş ağrıları yaranır, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir. Xəstədə arterial təzyiqin düşməsi və taxikardiyanın yaranması susuzlaşmanın ağırlaşması barədə xəbər verir. Susuzlaşma sinir sistemində də pozulmalara gətirib çıxarır. Xəstə ya çox oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev