Hipertoniyanı azaldan və qarşısını alan 3 effektiv dərman bitkisi - Farmasept AÇIQLADI
27.12.2021 13:19

Alim-farmasept və "Super Botanic"də Resepturalar bölməsinin rəhbəri Kay Ali bildirib ki, rasiona bir sıra otların əlavə edilməsi yüksək qan təzyiqini azaltmağa və qarşısını almağa kömək edə bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, Kay Alinin sözlərinə görə, sarıkök sətəlcəmə qarşı təsirə malikdir və " fövqəladə güclü antioksidantdır".

 

"Bir çox tədqiqatlar sarıkök qan damarların iltihabını azaldaraq, qanın laxtalanmasına mane olaraq və xolesterinin səviyyəsini aşağı salaraq yüksək qan təzyiqini azaltmağa kömək edə biləcəyini göstərib", - deyə əczaçı əlavə edib.

 

K.Ali vurğulayıb ki, "möcüzə ağac" kimi tanınan morinqa planetdə ən qidalı bitkilərdən biridir və kaliumun təbii mənbəyi hesab olunur.

 

"Kalium yüksək qan təzyiqi indikatoru olan natriumun səviyyəsini azaltmağa kömək edir. Sizin qan təzyiqinizə nəzarət etmək üçün kalium və natrium birlikdə işləyir", - Kay Ali bildirir.

 

Farmasept bildirib ki, zəfəran arteriyaların və qan damarların sağlamlığını dəstəkləməyə kömək edən antioksidant xüsusiyyətlərlə malikdir.

 

Onun sözlərinə görə, bununla yanaşı, duzun istehlakı miqdarını gündə 6 qrama qədər azaltmaq, az yağlı, balanslı pəhrizə riayət etmək və sağlam çəkini saxlamaq lazımdır.

 

Əczaçı vurğulayıb ki, əlavələrin istifadəsindən əvvəl həkimin konsultasiyası zəruridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev