Osteoporoz haqqında nələri bilməliyik?
27.12.2021 10:55
Osteoporozun profilaktikası insan doğulandan başlanmalı və ömür boyu davam etməlidir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, sümük toxumasında olan mineralların miqdarı 20-25 yaşlarına qədər artır, 30-35 yaşlar arasında sümük toxumasının dağılması ilə bərpası paralel getdiyi üçün sıxlıq dəyişmir, 40-45 yaşdan sonra isə hər iki cinsdə yaşla əlaqədar sümük toxumasının itkisi meydana gəlir və ömrün sonuna qədər davam edir. Yuxarıda qeyd olunan yaş göstəricilərini nəzərə alaraq osteoporozun profilaktikası 3 mərhələdə aparılmalıdır.
 
İlkin profilaktika
 
Uşaqlıqdan 20 yaşa qədər maksimum sümük kütləsi əldə etmək üçün tədbirlər keçirilməlidir. Maksimum sümük kütləsi irsi xüsusiyyət daşısa da, bu yaşlarda düzgün qidalanmanın, fiziki fəallığın sümük kütləsinin formalaşmasında böyük rolu var. Sümüklərin tam formalaşması üçün kifayət qədər kalsium, D vitamini və zülal tərkibli qidalar qəbul olunmalıdır.
 
Süd və süd məhsulları, brokoli və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, balıq əti və kalsiumla zəngin qidalar hər yaşda qida rasionuna daxil edilməli, risk amillərini əmələ gətirən qida və içkilərdən qaçınılmalıdır. Eyni zamanda uşaqlıqdan etibarən başlanan nizami fiziki məşqlər sümükləri gücləndirir, dayanıqlıq və tarazlığı artırır, bu da bədən sümüklərinin maximum çəkisinə çatmasına səbəb olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev