Öd daşı üçün ən effektiv ÇARƏLƏR
27.12.2021 11:14
Öd daşı müalicəyə çox çətin tabe olan bir xəstəlikdir. Əgər sizdə belə bir xəstəlik varsa, birinci növbədə səbrli olmaq, daşı parçalayan və güclü ödqovucu təsirli bitkilərin qəbulundan çəkinmək lazımdır. Çünki daş böyük olan zaman öd axacağını tuta bilər ki, bu da dəhşətli ağrılarla nəticələnə bilər.
Aztibb.az-ın xəbərinə görə, həkim-fitoterapevt Fizuli Hüseynov öd daşılarından qurtulmaq üçün effektiv olan xalq təbabəti üsullarını bölüşüb.
Həkimin sözlərinə görə, daşları əritmək üçün 1 ay boyunca gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı rafinə olunmamış zeytun yağı içilməli, həmin müddətdə 10-15 ədəd iydə yeyilməli, həmçinin gündə 1 dəfə 1 ədəd ağ turp yeyilməlidir.
Bu müalicəyə başlamazdan əvvəl və sonra nəticəni bilmək üçün daşların ölçüsü USM ilə təyin olunmalıdır. Əgər müalicədən əvvəl öd daşlarının ölçüləri 3 millimetrdən böyük deyilsə, qatırquyruğu dəmləməsi içilə bilər. 2 xörək qaşığı qatırquyruğu bitkisi 3 stəkan suda 10 dəqiqə dəmlənib termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Öd daşının müalicəsi
Ən effektiv üsullardan biri gün ərzində 1-2 litr yağış suyu və ya distillə olunmuş su içməkdir. Bu zaman öd daşları kiçik hissəciklərə parçalanmır və qum şəklində xaric olur, bu səbəbdən də öd yollarını tutmur. Bu üsul uzun zaman tələb etsə də, təhlükəsizdir. Daşın ölçüsündən asılı olaraq distillə olunmuş su 2-3 ay içilir. Bu üsulla öd daşları ilə yanaşı, böyrək daşlarını da əritmək olar.
Ud hindi də öd daşlarını əritmək üçün mükəmməl bir çarədir. Əgər öd daşlarınız USM-də kölgə verən daşlar deyilsə (kölgə verən daşlar ərimir və ya çox az əriyir), gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozu ağıza atılır, üzərindən 1 stəkan su içilir. Müalicə müddəti 2 ay davam etməlidir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

