“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
24.12.2021 17:34

Nəsimi Rayon Polis İdarəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 54 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirin təşkilində məqsəd şagirdlərin sağlam həyat tərzi barədə dünyagörüşünün formalaşdırılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı maarifləndirmənin aparılması idi.

 

Tədbirdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığı nəzərə çatdırılıb.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova çıxış edərək, narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını diqqətə çatdırıb. O, narkomaniyanın insanı məhvə aparan zərərli vərdiş olduğunu nəzərə çatdıraraq gəncləri sağlam həyat tərzini seçməyə çağırıb.

 

Nəsimi Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açıb, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa səsləyib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub