Dializ xəstələrində rast gəlinən psixoloji problemlər 
17.12.2021 12:53

Dializ xəstələrində normal həyat fəaliyyəti çox böyük ölçüdə pozulur. Dializ xəstələri bir çox fiziki və psixoloji stresə məruz qalırlar. Ən böyük stres səbəblərindən biri də dializ prosedurunun özüdür.

 

Aztibb.az xəbər verir ki, bunu nefroloq Barat Yusubov bildirib. 

 

Həkim əlavə edib ki, bundan başqa dərmanlar, pəhriz tutmaq məcburiyyəti, iş qəbiliyyətinin azalması, bir aparata bağlı olma düşüncəsi, cinsi funksiyaların azalması, cinsi istəksizlik, tez-tez xəstələnmək kimi hallar stres qaynağı ola bilər.

 

"Bir pasientin xəstəlik dövründəki əhval ruhiyyəsi, onun xəstəlikdən öncəki şəxsi xüsusiyyətlərinə, dostları və yaxınları tərəfindən göstərilən nəvazişə və xəstəliyin müşahidəsinə (altda yatan xəstəliyə) bağlıdır", - deyə həkim qeyd edib.

 

O, dializ xəstələrində tez-tez rastlanan psixiatrik problemlərdən bəhs edib, depresiya, nigaran olmaq, müalicəyə cavab verməmək, yuxunun pozulması, cinsi funksiyaların pozulması, psixoz və reabilitasiyada çətinliklərin olduğunu diqqətə çatdırıb.

 

"Bu psixoloji problemlərdən ən sıx rastlananı depressiyadır", - dyən B.Yusubov bildirib ki, bunu nəzərə alaraq dializ alan xəstələrinin yaxınları onlara daha diqqətli və daha səbrli davranmalıdırlar.

 

Depressiyadan ən qısa zamanda qurtulmaq üçün mütəxəssis, nevroloq və psixoterapevtlə konsultasiya məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev