Lənkəranda tanınmış həkim Abbas Talışinskinin yaşadığı evə xatirə lövhəsi vurulub  
15.12.2021 12:00

Lənkəran şəhərində tanınmış azərbaycanlı həkim, tibb elmləri doktoru professor Abbas Talışinskinin adını əbədiləşdirmək məqsədi ilə doğulduğu evə xatirə lövhəsi vurulub.

 

Aztibb.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, alimin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğalçı erməni ordusu üzərində qazandığı tarixi Qələbədən danışıb. İcra başçısı müharibədə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan lənkəranlı qəhrəmanların anılması ilə bağlı tədbirlərlə yanaşı, fədakar əməkləri ilə xalqımıza ad-san qazandırmış tanınmış şəxslərin də adlarının əbədiləşdirilməsini milli-mənəvi dəyərlərin yaşadılmasına və təbliğinə göstərilən qayğı və diqqətin nümunəsi kimi qiymətləndirib.

 

O, tanınmış lənkəranlı alim, professor Abbas Talışinskinin doğulduğu evdə xatirə lövhəsinin vurulmasını da bu qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, məşhur həkim Abbas Talışinski Rusiya Federasiyasında çalışdığı tibb müəssisələrində yüksək biliyi və bacarığı, insanlara göstərdiyi ixtisaslı tibb xidməti, xəstələrə şəfqəti və humanist münasibətilə həmişə doğma xalqına başucalığı gətirib.

 

Professorun qardaşı, Əməkdar həkim, professor Əzizağa Talışinski və qardaşı oğlu həkim Aydın Talışinski çıxış edərək professor Abbas Talışinskinin əməyinə verilən yüksək qiymətə və adının əbədiləşdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır