Faydaları və zərərləri ilə bilinən zülal – Qlüten
14.12.2021 16:38
Son illərin tədqiqatları nəticəsində qlüten bəzi xəstəlik qrupları üçün xüsusi həssaslıq tələb etməsi səbəbi ilə maraq doğurur. Tərkibindəki zülallara görə allergik reaksiyalara səbəb ola bilən qlüten, çörəkdən başqa bəzi məhsullarda da istifadə olunur.
 
Aztibb.az xəbər verir ki, qlüten çörək hazırlanması prosesində xəmirin əsas tərkibini əmələ gətirən zülaldır. Qlüten olmadan çörək mayalanmaz və qabarmaz.
 
Qlüten qida dəyəri baxımından bağırsaqda faydalı bakteriyaların çoxalmasına imkan verən qiymətli qidadır. Bu baxımdan o, həm də prebiyotik sayılır. Buğda, arpa və çovdar tam taxıl kimi istifadə edildikdə, yəni mümkün qədər az emal edildikdə qlüteni saxlayır.
 
Bir çox araşdırmalar göstərir ki, tam taxıl istehlakı ürək-damar xəstəliklərinin, beyində insult riskinin, şəkərli diabetin və diabetlə əlaqəli ağırlaşmaların qarşısının alınmasında faydalıdır, çünki piylənmə və insulin müqavimətinə müsbət təsir göstərir. Təbii ki, taxılların mümkün qədər işlənməmiş, yəni ən kobud şəkildə istehlakı daha sağlamdır.
 
Genetik meyli olan fərdlərdə qlüten, digər zülallardan fərqli olaraq, mədə turşusu ilə təmasdan sonra parçalanmadan nazik bağırsağa çata bilir və bu bölgədə çölyak xəstəliyinə xas toxuma zədələnməsini yaradır. Çölyak xəstəliyi isə nazik bağırsağın udma səthini azaldaraq həzm pozğunluğuna səbəb olur.
 

 
Çölyak xəstəliyi olan şəxslərdə qlüten osteoporoz, anemiya, diş çürükləri, böyümə geriliyi, boy qısalığı, halsızlıq, yorğunluq, qadınlarda menstrual pozğunluqlar, kifayət qədər ağızdan qəbul edilməsinə baxmayaraq qeyri-kafi sorulması nəticəsində cinsi yetkinliyin gecikməsi kimi müxtəlif mənfi nəticələrə səbəb ola bilər. Bundan əlavə, tiroid xəstəliklərinə, dəri xəstəliklərinə və nazik bağırsaq xərçənginə səbəb ola bilər.
 
Bitki mənşəli bir protein olan qlüten çölyak xəstəliyi olmayan insanlarda bəzən həzm problemləri, yorğunluq və ya dəri problemlərinə səbəb ola bilər.
 
Bundan əlavə, qlütenin zərərli amil olduğu başqa bir xəstəlik isə buğda allergiyasıdır. Buğda allergiyası olanlarda qlüten bədənə qəbul edildikdən sonra bədəndə şiddətli qızartı, nəfəs darlığı, çarpıntılar inkişaf edə bilər.
 
Vurğulamaq lazım olan vacib bir detal odur ki, özü bu zərərləri yalnız genetik meyli olan insanlarda yaradır. Başqa sözlə desək, qlüten proteini genetik problemi olmayan insanlarda bağırsaq zədələnməsinə səbəb olmur. Bütün bu xəstəliklərin qarşısını almaq üçün pəhrizdən qlüten çıxarılmalıdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir