İdmançılar karantindən azad olunacaq
04.09.2020 12:11

Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün ölkəyə gələn idmançıları iki həftəlik karantindən azad etmək niyyətindədir.

 

"NHK" telekanalının verdiyi məlumata görə, hazırda ölkə rəhbərliyi bu məsələ üzərində çalışır.

 

Yaponiyalı məmurlar hesab edirlər ki, koronavirusun yayılmasına qarşı tətbiq olunan təcridetmə idmançıların emosional və fiziki durumlarına mənfi təsir göstərəcək.

 

Hökumət idmançılara, məşqçilərə, hakimlərə və birbaşa oyunlarla əlaqəli olan digər şəxslərə Olimpiya Kəndinin hüdudlarını tərk etməmələri tövsiyəsini nəzərdə tutan qaydaları müəyyənləşdirmək istəyir.

 

Koronavirusa qarşı tədbirlər üzrə "Tokio-2020" və hökumət rəsmilərindən ibarət İşçi Qrupun ilk iclası bu gün olacaq. İclas sərhəd nəzarəti, antivirus proflaktikası və yoluxma hallarına qarşı tədbirlərə həsr ediləcək. Bundan başqa komissiya idmançılar və rəsmi şəxslərin yarışlar zamanı izlənilməsi üçün yeni mobil tətbiqin mümkünlüyünü nəzərdən keçirəcək.

 

Oyunlar dövründə gəliş-gediş üçün isə əsas tələb mənfi koronavirus testinin mövcudluğu olacaq. Güman edilir ki, komissiya stadionlarda azarkeş sayının azaldılma variantını da müzakirəyə çıxara bilər. Lakin, bu, pandemiyada enişin baş verməyəcəyi təqdirdə olacaq.

 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23-8 avqust 2021-ci ilə təxirə salınıb. Lakin Oyunlar üçün "Tokio-2020" adı saxlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır