Ölkəmizdə şəhid və qazi ailələrinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir
13.12.2021 14:44
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. 
 
Aztibb.az xəbər verir ki, bu günlərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının (RMX) təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş hərbi qulluqçuların ailə üzvləri profilaktik tibbi müayinələrə cəlb edilib.
 
Aksiya çərçivəsində Göygöl rayonundan olan şəhidlərimizin ailə üzvləri RMX-nın ixtisaslı həkimləri tərəfindən klinik, laborator, instrumental müayinə edilib.
 
Müayinələr nəticəsində əlavə tibbi xidmətə və cərrahi əməliyyata ehtiyacı olan şəxslər icbari tibbi sığortanın xidmətlər zərfinə uyğun olaraq göndərişlə təmin edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır