Zeytun yağı uzunömürlülüyün ən yaxşı vasitələrindən biri hesab edilir
04.09.2020 09:10

Alimlər tədqiqat apararaq zeytun yağının uzunömürlülük üçün ən yaxşı təbii vasitələrdən biri olduğunu müəyyən ediblər. Bu yağdan istifadə immun sistemini möhkəmləndirərək onu mikroorqanizmlər, bakteriyalar və ya viruslar tərəfindən edilən daxili hücumlardan qoruyur. Elmi mütəxəssislər bildiriblər ki, bu, uzunömürlülüyün artmasına şərait yaradır.

 

“Science Direct” jurnalından dərc olunan tədqiqatın nəticələrinə görə, zeytun yağı xərçəngin əmələ gəlməsi riskini azaldan, ürəyin sağlamlığını dəstəkləyən, uzunömürlülüyü artıran ərzaqdır.

 

Aztibb.az yandex.ru-ya istinadla xəbər verir ki, tədqiqatın müəllifləri Aralıq dənizi pəhrizi çərçivəsində istifadə edilən bu yağın sağlamlığa və üzünömürlülüyə meyilliyini öyrəniblər.

 

Mütəxəssislər hər gün iki xörək qaşığı keyfiyyətli birinci soyuq sıxma zeytun yağından qəbul etməyi məsləhət görürlər. Onlar təsdiqləyirlər ki, belə praktika arteriyaların elastikliyini artırır, damarlardakı yüklülüyü azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır, həmçinin xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

 

Həkimlər bildirirlər ki, zeytun yağının tərkibində olan oleokantal və fitonutriyent iltihabı azaldan ibuprofen effekti yaradır. Bu da süd vəzi xərçəngi və onun yenidən əmələ gəlməsi riskini azaldır. Həmçinin bu yağın tromb əmələ gəlməsinin və trombositlərin bir-biri ilə birləşməsinin qarşısını aldığı aşkar edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır